Xudatda yeni fındıq zavodu istifadəyə veriləcək - Dəyəri 2,7 milyon manatdır

16:58 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Xaçmaz rayonunun Xudat şəhərində fındıq emalı zavodu tikilib.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, zavod ildə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündədir.

İlkin olaraq zavodda 30-dən çox iş yeri açılacaq. Zavodun investisiya dəyəri 2,7 milyon manatdır.

Qeyd edək ki, müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər