330x110
 

Sığorta bazarındakı vəziyyət belədir - Bazar kiçilib, sığorta yığımları azalıb

06.04.2021,10:23


6 aprel, Fineko/abc.az. 2021-ci ilin ilk ayları üzrə sığorta bazarının təhlili onu göstərir ki, sığorta bazarı nisbətən kiçilib, sığorta yığımları azalıb, sığorta ödənişləri artıb.

Bunu ABC.AZ-a sığorta bazarının hazırki durumunu şərh edən sığorta üzrə ekspert Kamran Babayev bildirib.

O qeyd edib ki, sığorta haqları həm icbari, həm də könüllü növlər üzrə azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortasında azalma gördük deyən ekspert əlavə edib ki, 2020-ci ilin əvvəli insanlar cərimələnməmək üçün öz evlərini sığortaladılar:

“Bu il həmin şəxslərin bir hissəsi müqavilələrini yeniləmədilər. Qeyd edim ki, daşınmaz əmlakın icbari sığortası prinsipi dəyişilməlidir. İcbari, yəni məcburi qaydada vətəndaşların (mənzil sahiblərinin) qonşu və ya digər üçüncü şəxslər qarşısında məsuliyyəti sığortalanmalıdır və bunun üçün elektron nəzarət mexanizmi olmalıdır. Sahibliyində olan mənzili isə könüllü qaydada vətəndaş sığortalaya bilər. Elektron nəzarət mexanizmi olmazsa, bu növ sığorta yaxın illərdə inkişaf etməyəcək”.

Müəllif: Elmir Murad