13 sığortaçı aktivlərini artıra bilib – Ötən ilin hesabatı

11:18 - 6.04.2021


6 aprel, Fineko/abc.az. 2020-ci ildə sığortaçılardan 13-ü aktivlərini artırıb.

ABC.AZ Mərkəzi Bankın yaydığı hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə sığortaçılardan aktivlərini 5-i azaldıb.

Bununla yanaşı hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 8,5% artaraq 457 milyon 615 min manat, məcmu qısamüddətli aktivləri isə 3,4% azalaraq 755 milyon 151 min manat olub.

9 şirkət uzunmüddətli aktivlərini, 12 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər