330x110
 

İri dövlət müəssisələrin idarə edilməsində yeni mərhələ başlayır - Deputat

06.04.2021,14:13


6 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Prezidentin Sərəncamları ilə bir müddət əvvəl nəqliyyat sektorunda fəaliyyət göstərən iri dövlət müəssisələri - “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətdə müşahidə şuraları yaradıldı.

Əsas dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər.

Sözügedən sərəncamların əsas məqsədini ABC.AZ-a şərh edən millət vəkili Vüqar Bayramov qeyd edib ki, həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan müşahidə şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır.