Bələdiyyələ büdcələrinə bəzi göstəricilər üzrə daxilolmalar azalıb - Siyahı

14:25 - 6.04.2021


6 aprel, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda bələdiyyə orqanlarının büdcə gəlirləri 34 milyon 970,6 min manat, xərcləri – 34 milyon 383 min manat təşkil edib.

Beləliklə, 2020-ci ildə bələdiyyə büdcələrinin ümumi profisiti 587,6 min manat təşkil edib.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, 2020-ci ildə bələdiyyə büdcələrinə daxilolmalar 2019-cu illə müqayisədə 3,9%, xərclər isə 4,5% azalıb.

2020-ci ildə bələdiyyə büdcələrinə vergi gəlirləri 14 milyon 408,9 min manat (artım 2,5%), qeyri-vergi daxilolmaları – 19 milyon 653,9 min manat (azalma 8,1%), qalan daxilolmalar – 907,8 min manat olub (azalma 2,7%).

 

Bütün xəbərlər