Bələdiyyə əmlakı və topraqlarının icarəyə verilməsində ciddi azalma - Hesabat

14:37 - 6.04.2021


6 aprel, Fineko/abc.az. 2020-ci ildə bələdiyyə əmlakı və topraqlarının icarəyə verilməsindən bələdiyyə orqanlarının gəlirləri 12 milyon 441,7 min manat (azalma 5%) qeydə alınıb.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, sözügedən dövrdə fiziki şəxslərdən əmlak vergisi üzrə - 7 milyon 926 min manat (artım 4,7%), fiziki şəxslərdən torpaq vergisi üzrə - 5 milyon 511,7 min manat (artım 4,1%) təşkil edib.

2020-ci ildə Azərbaycanın dövlət büdcəsindən bələdiyyələrə 5 milyon 722,2 min manat məbləğində dotasiya və subsidiyalar ayrılıb (artım 0,6%).

Ötən il xərclərin strukturunda daha çox vəsait yerli idarəetmə orqanlarının saxlanılmasına yönəldilib – 22 milyon 579,3 min manat (artım 1,2%) və ya hesabat ili ərzində bütün xərclərin 65,7%-i.

 

Bütün xəbərlər