Prezident yeni Mərkəz yaratdı - Fərman

15:24 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmanla Nazirlər Kabinetinə Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni (bundan sonra – Mərkəz) on beş gün müddətində yaratmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

 

Bütün xəbərlər