Azərsu Güzdək qəsəbəsində yeni layihənin icrasına başlayıb

15:35 - 6.04.2021


6 aprel, Fineko/abc.az. “Azərsu” ASC Aşağı Güzdək qəsəbəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

ABC.AZ Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, qəsəbə sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə yeni layihə hazırlanıb.

Daxili imkanlar hesabına icra edilən layihənin birinci mərhələsində müxtəlif diametrli borularla 8 km içməli su şəbəkəsi inşa ediləcək. Bu mərhələ çərçivəsində 500 fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq. Növbəti mərhələlərdə qəsəbənin digər hissələrndə yeni içməli su şəbəkəsi yaradılacaq. Ümumilikdə layihə çərçivəsində 25 km içməli  su şəbəkəsi yaradılacaq və 1400 ev su ilə təmin olunacaq.

Layihəyə əsasən Aşağı Güzdək qəsəbəsi içməli su ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına təmin olunacaq.

Bütün xəbərlər