Millət vəkili AZAL-ın təyyarə biletlərinin qiymətinin bahalığından narazıdır – Açıqlama

15:41 - 6.04.2021


6 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) fəaliyyəti ilə bağlı ən vacib gözləntilərdən biri də təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olunmasıdır.

Bunu ABC.AZ-a bir müddət əvvəl Prezidentin Sərəncamı ilə “Azərbaycan Hava Yolları” QSC-də müşahidə şuraları yaradılmasını şərh edərkən millət vəkili Vüqar Bayramov deyib.

Təyyarə biletlərinin qiymətinin yüksək olmasından narazılıq edən deputat bunun ölkəyə gələn turistlərin sayına birbaşa təsir etdiyini açıqlayıb:

"Təbii ki, pandemiya dönəmində əcnəbi turistlərin sayı obyektiv səbəblərdən azalıb. Amma post-pandemiya dövründə daha çox istiqamətlərdə büdcə ucuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır. Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa aslıdır. Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji priortet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq".

Müəllif: Elmir Murad

Bütün xəbərlər