Gürcüstanda yoluxma sayı artdı - 10 nəfər öldü

17:27 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Gürcüstanda yoluxma sayında ötən günlə müqayisədə bu gün ciddi artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 897 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 196 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 284,958 nəfərə çatıb.

Onlardan 275,220 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 10 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,832 nəfər həyatını itirib.

Bütün xəbərlər