Bu yolun adı dəyişdirildi - Qərar

10:48 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Baş Nazir Əli Əsədov əmr imzalayıb.

ABC.AZ-ın məlumatına görə, əmrə əsasən, Şamaxı rayonundakı “Şağiyan yolu”nun adı “Günəşli yolu”na dəyişdirilib.

Bundan başqa, Azərbaycan hökumətinin “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 17 iyun 2014-cü il tarixli qərarında da dəyişiklik olunub.

Dəyişikliyə əsasən, “Saqiyan kənd kitabxana filialı” “Günəşli kənd kitabxana filialı”, “Saqiyan kənd Mədəniyyət evi” isə “Günəşli kənd Mədəniyyət evi” adlandırılıb.

 

Bütün xəbərlər