Gömrük Komitəsi “Ticarət Statistika Portalı”nı təqdim edib

11:49 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsinə əsaslanan layihələr həyata keçirir.

ABC.AZ xəbər verir ki, bunu (stats.customs.gov.az) “Ticarət Statistika Portalı”nın təqdimatı ilə bağlı keçirilən tədbirdə Komitənin Katibliyinin rəisi Anar Süleymanov bildirib.

O qeyd edib ki, “Ticarət Statistikası Portalı” da gömrük orqanlarının növbəti layihəsidir: “Ticarət Statistikası Portalı"nın yaradılmasının əsas məqsədi maraqlı tərəflər üçün Azərbaycanın ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir”.

 

Bütün xəbərlər