Pedaqoji və texniki heyətin 90 faizdən çox əməkdaşı vaksinasiya olub

12:10 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Təhsil Nazirliyi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təhsil müəssisələrində vaksinasiyaya cəlb olunan təhsil işçiləri ilə bağlı məlumatı açıqlayıb.

ABC.AZ xəbər verir ki, aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərləri üzrə 9, Abşeron rayonu üzrə 21 ümumi təhsil müəssisəsinin pedaqoji və texniki heyətinin 90 faizdən çox əməkdaşının vaksinasiya prosesi yekunlaşdırılıb.

 

Bütün xəbərlər