Peyvəndlənmə ilə bağlı sorğu - Maraqlı nəticələr var

12:32 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Media Təhlil Mərkəzi (MTM) əhalinin koronavirusa qarşı peyvəndlənməsi ilə bağlı sorğu keşçirib.

ABC.AZ-ın məlumatına görə, respondentlərin koronavirusa qarşı peyvənd olunmağa münasibəti birmənalı olmayıb. Sorğuya əsasən, iştirakçıların 9,4%-i peyvənd olunduğunu, 26,3%-i yaxın müddətdə vaksinasiya olunacağını söyləyiblər.

Sorğuda iştirak edənlərin 29%-i yalnız (iş, xaricə səyahət və s. səbəblərə görə) məcbur qaldığı halda peyvənd olunacağını qeyd etsələr də, 27,3%-i peyvənd olunmağı düşünmədiyini, 8%-i isə ümumiyyətlə peyvənd etdirməyin əleyhinə olduğunu qeyd ediblər.

Müəllif: Elmir Murad


Bütün xəbərlər