330x110
 

“Moneygram”-ın Azərbaycanda fəaliyyəti niyə dayandırılıb? – Açıqlama

07.04.2021,14:19


7 aprel, Fineko/abc.az. Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən “Moneygram” pul köçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, həqiqətən də “Moneygram” pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərmiş və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycanın ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib.

Nəticədə, 2008-ci ildən etibarən “Moneygram” pul köçürmə sisteminin Azərbaycan  ərazisində fəaliyyətinin qarşısı alınıb və bu gün heç bir bank sözügedən pul köçürmə sistemi ilə işgüzar münasibətdə deyildir.

Müəllif: Elmir Murad