Səhiyyə nazirliyinin daha bir səlahiyyəti TƏBİB-ə verildi

14:40 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini TƏBİB aparacaq.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.

Qeyd edək ki, əvvəllər bu səlahiyyət Səhiyyə Nazirliyində idi.

 

Bütün xəbərlər