330x110
 

Hazırda Azərbaycanın milli valyutası sabitdir – Dünya Bankının rəsmisi

07.04.2021,16:10


7 aprel, Fineko/abc.az. “Hazırda Azərbaycanın milli valyutası sabitdir və ötənilki qarışıqlığı neftin qiymətinin ucuzlaşması valyuta bazarında təzyiqin güclənməsinə gətirib çıxardı] nəzərə alsaq bunun təqdirəlayiq hal olduğunu deyə bilərik”.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Azərbaycan milli valyutası olan manatın və bank sektorunun real vəziyyətini şərh edərkən deyib.

S.Mayklın sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda aparılan islahatlara dəstək verməyə hazırdır:

“Düşünürəm ki, ötən il bankların kredit portfellərinin həcmində azalmalar baş verib və hökumət problemli kreditlərlə bağlı məsələləri həll etmək üçün bir sıra addımlar atıb. Depozitlərlə bağlı müəyyən çətinliklər mövcuddur və düşünürəm ki, hökumət bank sektorunu gücləndirmək üçün doğru addımlar atır.

Dünya Bankının hər ay yenilənən iqtisadi proqnozlarında həm də bu sektorda baş verənlərlə bağlı rəsmi mövqeyimiz yer alır. Artıq hökumətin bank sektorunda həyata keçirmək istədiyi islahatlarla bağlı əsas diqqətdə saxladığı məsələləri açıqladığını hesab edirəm. Dünya Bankı olaraq biz Azərbaycana bu sahədə də dəstək göstərməyə və sektoru analiz etməyə hazırıq".