330x110
 

Daha 21 müəssisədə nöqsanlar aşkarlandı

07.04.2021,16:30


7 aprel, Fineko/abc.az. Nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 418 ictimai iaşə obyektində 696 monitorinq keçirilib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.