Qonşu ölkədə də yoluxanların sayı artdı - 8 nəfər öldü

17:25 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 687 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 327 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 285,645 nəfərə çatıb.

Onlardan 275,547 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 8 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,840 nəfər həyatını itirib.

 

Bütün xəbərlər