Dünya Bankı rəsmisi İlham Əliyevlə görüşdə hansı məsələləri müzakirə edib? – Detallar

11:28 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Mayklın bir müddət əvvəl görüşü olmuşdu.

ABC.AZ-ın İnterfax-a istinadən məlumatına görə, Maykl bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə əsasən infrastruktur xarakterli məsələlər, həmçinin azad edilmiş torpaqların inteqrasiyası ilə yarana biləcək ticarət imkanları müzakirə olunub.

“Biz bölgədəki ehtiyacları və bir neçə potensial istiqaməti müzakirə etdik. Bunlar əsasən, insanların yaşayışı üçün şəraitin (tibbi xidmətlərə, təhsilə çıxış), yaşayış yerlərinin, iş yerlərinin, sağlam ətraf mühitin yaradılmasına yönəlmiş infrastruktur xarakterli tələbatlar idi. Həmçinin regionda kommunikasiyaların açılmasından sonra yaranacaq yeni ticarət imkanları (həm regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyası, həm də ticarət və logistikanın regional və dünya miqyasında inkişafı, yeni ticarət yollarının yaradılması baxımından) müzakirə olunub. Bunun sayəsində Azərbaycan nəqliyyat mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir və bu, ölkənin güclü inkişafına xidmət edəcək”, - deyə o əlavə edib.

 

Bütün xəbərlər