Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyasının elan etdiyi birgə yaradıcılıq müsabiqəsinin vaxtı uzadıldı

10:44 - 9.03.2018


Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsinin vaxtı 30 mart 2018-ci il saat 18:00-dək uzadılır.

Xatırladırıq ki, müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir.

Daha ətraflı məlumatı Mərkəzi Bankın rəsmi internet səhifəsindən (www.cbar.az), Maliyyə Savadlılığı Portalından (www.bizimpullar.az) və Maliyyə Savadlılığının Facebook səhifəsindən (@bizimpullar) əldə etmək mümkündür. Əlaqə üçün: [email protected], (012) 493-11-22 (dax.161).

 

Bütün xəbərlər