330x110
 

İKZF xətti ilə verilən kreditlərin məbləği 1 mlrd. 745 mln. manatdan çoxdur

08.04.2021,12:20


8 aprel, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 32 min 972 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 745 milyon 198,6 min manatdan çoxdur.