330x110
 

AMB valyuta hərracında banklara $55,5 mln. satıb

08.04.2021,13:43


8 aprel, Fineko/abc.az. 8 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatına əsasən, valyuta hərracında banklara 55,5 milyon dollar satılıb.

“Hərracda tələb 55,5 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - deyə məlumatda bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.