Şimali Qafqaz dəmir yolunda qatarların gecə hərəkəti bərpa oluna bilər

14:24 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Dağıstan qatarların gecə hərəkətini təmin edə bilər.

ABC.AZ Azərtaca istinadən xəbər verir ki, Dağıstan Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyi bu barədə respublika Nazirlər Kabinetinə müraciət göndərib.

Qeyd edək ki, Kalmıkiyadan Dağıstana və oradan Rusiya-Azərbaycan sərhədinə gedən Şimali Qafqaz dəmir yolunda qatarların gecə hərəkəti 10 il əvvəl silsilə terror aktlarından sonra dayandırılmışdı. Hazırda Dağıstan hökuməti qatarların gecə hərəkətinin təhlükəsizliyini təmin edəcəyinə zəmanət verir.

Gecə hərəkətin dayandırılması tranzit qatarların buraxılışını, yüklərin dəniz limanlarına daşınmasını, eləcə də sərnişin qatarlarının hərəkətini çətinləşdirir.

 

Bütün xəbərlər