Koçaryan Paşinyanı məhkəməyə verib

15:13 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkənin baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Məhkəmə Sistemi yayıb.

Robert Koçaryan ona qarşı başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağlı iddia irəli sürüb. Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.

Yerevanınn ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan Konstitusiya Məhkəməsinin 300.1-ci maddəsini (konstitusiya quruluşunun devrilməsi) konstitusiyaya zidd elan edərək “martın 1-i” işinə xitam verilməsi barədə qərar qəbul edib.

© Report.az

Bütün xəbərlər