“Azərbaycan Dəmir Yolları” şəhərətrafı xəttin tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayır

11:40 - 9.03.2018


9 mart, Fineko/abc.az.  Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi üzrə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları”QSC-nə, Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi üçün, 2018-ci il dövlət büdcəsindən 100 milyon manat ayrılıb.

Azərbaycan Nazirlər Kabinetinə dövlət ehtiyacları üçün torpaqların alınması və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək üçün zəruri tədbirlər görülməsi tapşırılıb. Maliyyə Nazirliyinə maliyyənin təmin edilməsi tapşırılıb. Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi işlərinin həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nə həvalə edilib.

 

 

Bütün xəbərlər