ADİF hərracları elektron platformada həyata keçirməyi planlaşdırır

17:32 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun (ADİF) funksiyalarından biri olan bankların ləğv prosesini sürətləndirmək və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirmək məqsədilə aktivlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada satışını həyata keçirməkdir.

ADİF-dən ABC.AZ-a bildirilib ki, məhz bu səbəbdən müasir standartlara cavab verən satışları təmin etmək üçün ən şəffaf və uyğun olanı hərrac mexanizmidir.

Zamanın tələbinə uyğun olaraq ADİF sözügedən hərracları elektron platformada həyata keçirilməyi planlaşdırır.

Fond yeni yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərini qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan baxımından rahatlığını təmin edəcək.

 

Bütün xəbərlər