Dünyanın ən zəngin ərəb milyarderləri - Siyahı

11:50 - 9.04.2021


9 aprel, Fineko/abc.az. 2021-ci ildə dünyanın ən varlı adamlarının siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki,"Forbes" jurnalının tərtib etdiyi ənənəvi siyahıya digərləri ilə bərabər 22 ərəb milyardçısı da daxildir.

Ən varlı 10 ərəbin siyahısında Misir, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Livan və Omanın vətəndaşları var.

Həmin 10 ən varlı ərəbin siyahısında aşağıdakı miyardçıların adı var.

1. Nassef Saviris, Misir, sərvəti 8,3 milyard dollar;

2. İssad Rebrab və ailəsi, Əlcəzair, sərvəti 4,8 milyard dollar;

3. Macid əl-Futtaym və ailəsi, BƏƏ, sərvəti 3,6 milyard dollar;

4. Naqib Saviris, Misir, sərvəti 3,2 milyard dollar;

5. Abdulla bin Əhməd əl-Qurayr və ailəsi, BƏƏ, sərvəti 2,8 milyrd dollar;

6. Məhəmməd Mənsur, Misir, sərvəti 2,5 milyard dollar;

7. Nəcib Mikati, Livan, sərvəti 2,5 milyard dollar;

8. Taha Mikati, Livan sərvəti 2,5 milyard dollar;

9. Hüseyn Səcvani, BƏƏ, sərvəti 2,4 milyard dollar;

10. Suhayl Bahvan, Oman, sərvəti 2,3 milyard dollar. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər