Əlillik müddətinin uzadılması ilə bağlı saxtakarlıqlar aşkarlanıb – Nazir

12:17 - 9.04.2021


9 aprel, Fineko/abc.az. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqların aşkarlandığını bildirib.

ABC.AZ-ın məlumatına görə, nazir aşkarlanan qanunsuzluların ləğv edildiyini vurğulayıb.

"Ötən illər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb. Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib” deyə nazir əlavə edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər