Azərbaycan, Bakı-Naxçıvan dəmir yolu əlaqəsini İran və ya Türkiyə ərazisi vasitəsi ilə həyata keçirmək niyyətindədir

17:30 - 13.10.2017


“Azərbaycan dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Naxçıvan qatarlarının hərəkətinin imkanlarını araşdırır.

QSC-nin sədri Cavid Qurbanov bildirdi ki, dəmir yolu əlaqəsini, Türkiyə və ya İran ərazisi vasitəsilə tənzimləmək mümkün olacaq.

“Yol, Türkiyənin Qars ərazisindən keçən xətt üzrə çəkilə bilər. Bunun üçün Türkiyə hökuməti $2-$2,5 milyard sərmayə qoymalıdır, bunun isə nə vaxt olacağı məlum deyil. Digər tərəfdən, İran ərazisində  $1 milyard dəyərində Şimal-Cənub  layihəsi reallaşdırılır. İran tərəfi, torpaq sahəsinin əldə edilməsi üzrə öz üzərinə öhdəliklər götürüb, və tikinti işlərinin tamamlanmasından sonra, İran ərazisindən Naxçıvan istiqamətində uzunluğu 1450 kilometr  olan yol salmaq mümkün olacaq”, - deyərək C. Qurbanov  bildirib.

Onun sözlərinə görə, dövlət başçısı bu layihənin reallaşdırılmasında maraqlıdır.

 

Bütün xəbərlər