Biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq – İlham Əliyev

14:08 - 9.04.2021


9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı qəbul zamanı vaksinasiya məsələsinə toxunaraq qeyd edib ki, vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir.

"Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq. Eyni zamanda, COVID dönəmində biz 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik” deyə İ.Əliyev bildirib.

 

Bütün xəbərlər