“Azərsu” Bakıda su verilişində fasilələrin olacağı barədə xəbərdarlıq edir

11:59 - 9.03.2018


9 mart, Fineko/abc.az. Su operatoru “Azərsu” ASC su təchizatında növbəti fasilələrlə bağlı xəbərdarlıq edib.

“Azərsu” ASC-dən verilən məlumata əsasən, bu gün Bayıl qəsəbəsinin 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Suyun verilməsində məhdudiyyətlər, su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə bağlıdır.

 

Bütün xəbərlər