Keçmiş köçkünlər üçün tikilmiş mənzillər şəhid ailələrinə verilir

14:58 - 9.04.2021


9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsi mərasimi keçirilib.

ABC.AZ-ın məlumatına görə, mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməklə, bu il mənzil və fərdi evlə təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək.

"Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Hazırda “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 230 mənzil verilib. Ümumilikdə isə indiyədək 9430 mənzil və fərdi ev verilib" deyə nazir qeyd edib.

 

Bütün xəbərlər