Mingəçevirdə turizm klasterləri yaradılacaq

16:35 - 9.04.2021


9 aprel, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Yevlaxda kiçik və orta biznesin inkişafı, yerli resursların fəal dövriyyəyə cəlb olunması, Yevlax Pilot Aqroparkının yaradılması, bu sahədə kiçik və orta biznesin iştirakı məsələlərini müzakirə edib.

Müzakirələrdə aqroparkın fermerlər üçün ayrılacaq sahəsində hər biri 20 hektarda olmaqla 55 fermer təsərrüfatının təşkili, sənaye təyinatlı sahədə isə sahibkarlıq subyektləri tərəfindən emal müəssisələrinin qurulması nəzərdə tutulur.

Nazir Mingəçevirdə isə şəhərdə turizm klasterinin yaradılması məsələlərini müzakirə edib.

 

Bütün xəbərlər