Pandemiya vaxtında hamı pulunu bankda saxlamağa qorxur - Ekspert

10:25 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Ümumiyyətlə bütün iqtisadiyyat kimi bank sektoru da pandemiyanın, karantinin necə davam etməsindən asılıdır.

Bunu ABC.AZ-a Azərbaycanın bank sektorunu şərh edərkən ekspert Əkrəm Həsənov deyib.

O ötən il nəinki təkcə Azərbaycanda, bütün dünyada bank sektorunun xeyli zərərlə işlədiyini açıqlayıb.

Ekspert bunun səbəbini belə izah edib: “Bunun iki tərəfli səbəbi var. Bir tərəfdən əhali banklardan əmanətlərini çıxarıb. Ona görə ki, işsizlik, gəlirlərin azalması faktoru var. Və bu səbəbdən insanlar pulunu çıxarıb. Sadəcə belə böhran dövründə hamı qorxur pulunu bankda saxlamağa, evdə saxlayır. Azərbaycanda da ötən il təəssüf ki, bank əmanətlərinin azalması müşahidə edilib. Digər tərəfdən də problemli kreditlər artıb. Bu da başa düşüləndir, yəni pandemiyadır. Həm əhali, həm də sahibkarlar kreditlərinin ödənilməsində çətinlik çəkirlər. Bu əlbəttə bank sektoru üçün çox pis haldır. Bununla yanaşı banka qoyulan əmanətlər də azalıb. Digər tərəfdən onların verdiyi kreditlər vaxtında və tam qaytarılmır. Yəni bu baxımdan bütövlükdə bank sektoru üçün ötən il problemlə bitib”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər