Evdən çıxan 2 koronavirus xəstəsi ilə bağlı cinayət işi açıldı

10:50 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

Bütün xəbərlər