İşçilərin həyat sığortası üzrə “Atəşgah Həyat” 1,7 milyon manat ödəyib

12:43 - 9.03.2018


9 mart, Fineko/abc.az.  Azərbaycanın “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” şirkəti 2017-ci ilin ikinci yarımilliyində 7 125 623 manatlıq ödəniş edib.

Şirkətin məlumatında deyildiyi kimi, 2017-ci ildə istehsalatda bədbəxt hadisələrdən icbarı sığorta üzrə 1,737 978 AZN, həyat sığortasının digər növləri üzrə isə 5,387 645 AZN ödəniş etmişdir.

2017-ci ilin son altı ayı ərzində “Atəşgah” Sığorta Şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ödənilən ən yüksək məbləğli həyat sığortası 49, 758 AZN olmuşdur, daha 119 049 manat həyatın müddətli sığortası, 15 000 manat isə borcalanların könüllü həyat sığortası üzrə ödənilmişdir.

 

Bütün xəbərlər