“Rəvan Sığorta”-nın öhdəlikləri bu şirkətə ötürülüb

11:58 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Ləğv prosesində olan “Rəvan Sığorta” ASC-nin aktiv sığorta müqavilələri üzrə öhdəlikləri "A-Qrup Sığorta" ASC-yə ötürülüb.

ABC.AZ xəbər verir ki, bu barədə  bazarı tərk etmiş şirkətdən bildirilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Rəvan Sığorta"nın lisenziyasını ötən ay ləğv edib.

Bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, şirkətin könüllü müraciəti əsasında qəbul olunub.

 

Bütün xəbərlər