Əhalinin icbari tibbi sığorta ilə xəstəxanalara ən çox müraciət etdiyi şəhərlər - Siyahı

15:43 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Ötən ayda əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonların adları açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə Mingəçevir şəhəri (402), Şirvan şəhəri (200), Yevlax (165), Zaqatala (164), Ağdaş (160), Qəbələ (158), Oğuz (150), Ağstafa (145) rayonları, Gəncə şəhəri (137) və Göyçay (136) rayonu formasında olub. Sözügedən vaxtda ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (118 449), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (91 800), Xaçmaz (59 685), Yevlax (56 156), Ağdaş (42 782), Şəki (37 790), Quba (37 440), Zaqatala (34 954), Göyçay (34 699) və Qusar (31 778) rayon Mərkəzi Xəstəxanalarıdır.

 

Bütün xəbərlər