Gürcüstanın xarici ticarət dövriyyəsində 1 milyard dollardan çox kəsir yaranıb

11:54 - 13.04.2021


13 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Gürcüstan xarici ölkələrlə 2 milyard  773,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.

Yanvar-mart aylarında qonşu ölkənin ixracının dəyəri illik müqayisədə 5,3 % artaraq 821,1 milyon dollar, idxalının dəyəri isə 2,4 % azalaraq 1 952,4 milyon dollar təşkil edib.

Son nəticədə xarici ticarətdə 1 milyard 131,4 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,8%-dir.

 

Bütün xəbərlər