Dövlət qurumlarında yol verilən nöqsanlar açıqlandı - Detallar

12:30 - 13.04.2021


13 aprel, Fineko/abc.az. Dövlət qurumlarında yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsmiləşdirilməməsidir.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Palatanın illik hesabatını təqdim edərkən deyib.

V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı hesabatlılığı əhatə edib.

V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib.

Palata sədri əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.

 

Bütün xəbərlər