Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər - İlham Əliyev

15:37 - 13.04.2021


13 aprel, Fineko/abc.az. Ermənistanda Türkofobiya artıq milli siyasət olub, onlar hətta reallıq hissini də itiriblər.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı daha sonra sözlərinə belə davam edib: "Bildiyim qədərilə Türkiyə hökuməti çox konstruktiv yolla addımlar atmağı planlaşdırır, ancaq, əlbəttə, onlar adekvat cavab verməlidirlər. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər, Konstitusiyanı yenidən yazmalıdırlar, yeni Konstitusiya qəbul etməlidirlər. Mən onlara Türkiyəyə olan ərazi iddialarını Konstitusiyadan çıxarmaq üçün yaxşı məsləhət verə bilərəm. İnanmıram ki, hansısa ölkənin Konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiaları var. Düşünürəm ki, bu, çox qeyri-adi haldır”.

 

Bütün xəbərlər