Yaponiya şirkəti Zaqatalaya sərmayə qoyur – Tütünqurutma məntəqəsi tikir

17:28 - 13.04.2021


13 aprel, Fineko/abc.az. Yaponiyanın “Tet İnternational Development” şirkəti tərəfindən Zaqatala rayonunda yeni tütünqurutma məntəqəsi tikilir.

ABC.AZ-ın məlumatına görə, rayonun Aşağı Tala kəndinin ərazisində yerləşən bu emal məntəqəsində hazırda 120 ədəd tütünqurutma kamerasının quraşdırılması işləri davam etdirilir.

Şirkət rəsmiləri bildirib ki, Azərbaycanda istehsal edilən bu kameraların hər birinə 6 ton yaş tütün yerləşdirmək mümkündür.

Tütünün qurudulması prosesi 7 gün çəkir. Tütünqurutma kameraları tütün yığımı mövsümünədək tam hazır vəziyyətdə olacaq.

 

Bütün xəbərlər