Yaşa görə pensiyaların orta aylıq məbləği artıb – Bu qədər olub

10:34 - 14.04.2021


14 aprel, Fineko/abc.az. Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artıb.

Bununla da 1 aprel tarixinə 332 manata çatıb.

O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7% çoxdur.

 

Bütün xəbərlər