Kriptovalyuta bazarında qiymətlər bahalaşıb – Siyahı

11:02 - 14.04.2021


14 aprel, Fineko/abc.az. "Bitcoin"-in qiyməti rekord səviyyədə bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, "Bitcoin" çərşənbə axşamı günü 63 min dollar səviyyəsini keçərək rekord qırdıqdan sonra çərşənbə günü də 1,73% bahalaşıb. Sözügdən kriptovalyuta 64 min dolları da keçərək rekord yeniləyib.

Qeyd edək ki, "Bitcoin" keçən həftə 61 min 208 dollar səviyyəsini test etdikdən sonra 58 min dollar ətrafına qədər geri çəkilmişdi.

Bahalaşan təkcə "Bitcoin" olmayıb. Belə ki, Ethereum da bu həftə 10%-dən çox bahalaşıb və 2 min 377 səviyyəsini görüb. "Litecoin" isə dünəndən bəri 15%-dən çox bahalaşaraq  281 dollara, Ripple-ın çıxardığı XRP iki gündə az qalq 40% yüksəlişlə 1,91 dollar səviyyəsinə çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər