Şimal yolunda təmir işləri başa çatıb – Foto

11:31 - 14.04.2021


14 aprel, Fineko/abc.az. M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitib Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən 30-cu kilometrinədək olan 14 km hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsini keçməklə “VAZ dairəsi” deyilən ərazi istiqamətində 14 km-lik yolda qeyd olunan işlər görülərək yekunlaşdırılıb.

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənir.

 


Bütün xəbərlər