Yanvar-fevral aylarında Azərbaycanda inflyasiya 4,7% təşkil edib

14:40 - 9.03.2018


9 mart, Fineko/abc.az. Azərbaycanda mal və xidmətlərin qiyməti artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında mal və xidmətlər 4,7% bahalaşıb.

“Ərzaq məhsullarının qiyməti 5,8%, qeyri-ərzaq malların qiyməti 4,7%, xidmətlərin qiyməti 3,3% artıb”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər