TURKUAZ layihəsi çərçivəsində ilk blok qatarı Bakıya çatıb

15:25 - 14.04.2021


14 aprel, Fineko/abc.az. Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Bakıya çatıb.

“ADY Konteyner” MMC-dən ABC.AZ-a daxil olan məlumata görə, test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdər.

Qatarla Türkiyədən Azərbaycana 588 ton yük gətirilib.

 

Bütün xəbərlər