Əhalinin spirtli içkilərə və tütün mallarına xərclədiyi məbləğ artıb – Hesabat

17:05 - 14.04.2021


14 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində içki və tütün məhsullarına xərclədiyi məbləğ açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə adıçəkilən məhsullara 548,8 mln. manat xərclənib.

Bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,1% və ya 46 mln. manat artıb.

Cari ilin mart ayında satışların həcmi 167,9 mln. manat təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 8,8% və ya 16,3 mln. manat azdır.

 

Bütün xəbərlər