Misin qiyməti bahalaşacaq – Proqnoz

10:45 - 15.04.2021


15 aprel, Fineko/abc.az. "Yaşıl enerji"yə keçid sürətləndikcə misə tələb artır.

ABC.AZ-ın məlumatına görə, bu barədə qlobal investisiya bankı "Goldman Sachs"-in açıqladığı hesabat tipli analizlərdə qeyd olunub.

Hesabatda bildirilib ki, mis qiymətlərinin daha da yüksələcəyini nəzərdə tutur. "Goldman Sachs", gələcək 12 ay üçün mis qiyməti proqnozunu 11000 dollar/ton səviyyəsinə qaldırıb.

Qeyd edək ki, hazırda mis 9068 dollardan ticarət olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər